Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda yenidən qurulan yollar açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda yenidən qurulan yollar açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakı şəhərinin Nərimanov rayonunda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib.

 

Reklam_3_11

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yenidənqurma tədbirləri barədə məlumat verib.

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli müvafiq Sərəncamına əsasən Bakının Nərimanov rayonu ərazisində şəhər əhəmiyyətli Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb və bu işlər qısa müddətdə yüksək səviyyədə yerinə yetirilib. Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən yollarda yeni və müasir yol infrastrukturu yaradılıb. Yenidən qurulan yolların ümumi uzunluğu 6 kilometrdir.

13.09.2019 10:38

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ