Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ-da həftəlik xam neft ehtiyatları artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da həftəlik xam neft ehtiyatları artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da həftəlik xam neft ehtiyatları ötən həftə 5 milyon barel artıb.


 
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 5 milyon barel (0,9 faiz) artımla 533,1 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 2,8 milyon barrel yüksəlməsi istiqamətində idi. Bir əvvəlki həftə isə xam neft ehtiyatları 0,2 milyon barel azalmışdı.


 
 ABŞ-da strateji neft ehtiyatları isə ötən həftə 0,6 milyon barrel (0,1 faiz) azalaraq 693,4 milyon barelə enib.


 
 Sözügedən dövrdə ABŞ-ın xam neft hasilatı bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 20 min barel artımla 9,13 milyon barelə yüksəlib.
 


 Ölkənin xam neft idxalı da sözügedən həftə, əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 902 min barel artımla 8,31 milyon barelə çatıb.
 


ABŞ-ın həftəlik benzin ehtiyatları isə sözügedən həftə 2,8 milyon barrel (1,1 faiz) azalaraq 243,5 milyon barrelə enib. Bazar gözləntisi 2 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,1 milyon azalmışdı.


 
 Həftəlik xam neft ehtiyatlarının gözləntilərin üstündə artım göstərməsinin ardından qlobal bazarlarda neft qiymətləri son 4 ayın ən aşağı səviyyəsini test edib.


 
EIA göstəricilərinin açıqlanması ilə ABŞ-da Qərbi Texas tipi xam neftin barrel qiyməti 47,13 dollara, London Brent növü Neft məşhur barrel qiyməti də 49,76 dollara qədər geriləyib.

23.03.2017 05:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ