Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandakı sement şirkətinin səhmləri "uçur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandakı sement şirkətinin səhmləri "uçur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Holcim Azərbaycan" səhminin qiyməti kəskin bahalaşıb.


 

Fiziki şəxs səhmdarların dividend və səhmlərin baha qiymətə alınması tələbindən sonra "Holcim Azərbaycan" ASC-nin səhminin qiyməti bahalaşıb.

 

"Marja" xəbər verir ki, bu gün Bakı Fond Birjasında "Holcim Azərbaycan" səhminin alış qiyməti 29 manat, satış qiyməti isə 30,45 manatdır.

 

Avqustun sonunda Bakı Fond Birjasında “Holcim-Azərbaycan” ASC-nin 1 səhmi 20 manata alınıb, 21 manata satılırdı. Beləliklə, Sentyabrda  "Holcim Azərbaycan" səhmi 45% bahalaşıb. Səhmin nominal qiyməti 20 manatdır. 

 

Özəlləşdirmə zamanı keçmiş “Qaradağ - Sement” ASC-nin (hazırda  "Holcim Azərbaycan" ASC) işçilərinə 1 özəlləşdirmə çeki qarşılığında 186 ədəd səhm verilib. Hazırda əksəriyyəti Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan fiziki şəxs səhmdarlardan çoxu 186 ədəd səhmə sahib olduqlarını təsdiq edən Depo Hesabından çıxarışa malikdirlər. Bugünkü qiymətlər ilə, 1 səhm paketinin (Depo Hesabından çıxarışın) qiyməti 5394 manatdır. ötən ayın sonunda qiymət 3720 manat idi. Qısası, Sentyabrda səhm paketinin qiyməti 1674 manat bahalaşıb.

 

Xəbər verdiyimiz kimi, sement istehsalçısı “Holcim-Azərbaycan” ASC-nin bir qrup fiziki şəxs səhmdarı səhmlərə dividend ödənilməsini və sonra səhmlərin yüksək qiymətə alınmasını tələb edirlər. “Holcim-Azərbaycan” ASC-nin fiziki şəxslərdən səhmləri almağa hazır olduğu və bu məqsədlə vəsait ayrıldığı bildirilir. Digər bir məlumata görə, artıq “Holcim-Azərbaycan” səhmlərin alınması üçün investisiya şirkətlərindən biri ilə (broker ilə) müqavilə bağlayıb. Ətraflı: “Holcim-Azərbaycan”ın fiziki şəxslərdən səhmləri alacağı bildirilir 

 

2017-ci illə müqayisədə 2018-ci ildə “Holcim Azərbaycan”ın satışdan cəmi gəlirləri 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. “Holcim Azərbaycan” ASC 2017-ci ili 1 milyon 759 min manat, 2018-ci ili isə 7 milyon 67 min manat xalis mənfəət ilə başa vurub.  

 

“Holcim Azərbaycan”ın 94 milyon 880 min manat bölüşdürülməmiş mənfəəti var və 10 ildən artıqdır səhmdarlara dividend ödənilmir.

 

“Holcim Azərbaycan” illik 1,9 milyon ton sement istehsalı gücünə malikdir.

 

“Holcim-Azərbaycan” ASC-nin nizamnamə kapitalının 90.2%-i İsveçrənin “LafargeHolcim” qrupuna, 9,8%-i yerli səhmdarlara məxsudur. 2018-ci ilin sonuna olan məlumata görə, yerli səhmdarlar “Azerinvest” (2%) və fiziki şəxslərdən (7%) formalaşıb. Nəhəng sement istehsalçısı olan “LafargeHolcim” bir neçə il öncə “Holcim-Azərbaycan”da 70% civarında paya malik idi. Şirkət, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Azərbaycan İnvestisiya Şirkətindən hər birinin 10% paylarını satın alıb və nəticədə payı 90%-i aşıb.

13.09.2019 11:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ