Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Məsafədən bank hesabının açılmasına dair meyarlar müəyyənləşdirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məsafədən bank hesabının açılmasına dair meyarlar müəyyənləşdirilib

Azərbaycanda fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılmasına dair meyarlar müəyyənləşdirilib.

 

Əldə edilən məlumata görə, fiziki şəxslər 500 manat, 6 min manat və 20 min manatadək hesab açmaq hüququna malik olacaq.

 

500 manatadək açılacaq hesab üçün elektron imza ("e-imza") lazım olmayacaq. Bunun üçün sadəcə istifadəçi adı və parolu gərək olacaq. Hesab 10 dəqiqə ərzində aktiv olacaq.

 

6 min manatadək hesabın açılmasına da "e-imza"ya ehtiyac olmayacaq. Lakin burada vizual təsdiq etmək üçün görüntülü zəngi cavablandırmaq lazım olacaq. Sifarişçi barədə məlumat əldə etmək üçün Daxili İşlər Nazirliyinin bazasına sorğu göndəriləcək. Sifarişçi özü barədə məlumatları bölüşməyə icazə verdiyini təsdiqlədikdən sonra məlumatlar seçdiyi banka göndəriləcək. Məlumatlar bank tərəfindən yoxlanıldıqdan sonra sifarişçi ilə (ona uyğun olan zaman) əlaqə saxlanılacaq və bütün danışıqlar (video görüntülü zəng) qeydə alınacaq.

 

Qeyd olunan prosedurları keçdikdən sonra bank tərəfindən hesab açılacaq və sifarişçiyə müqavilə göndəriləcək. Sifarişçi bankı ona məxsus digər hesabların olub-olmadığı barədə məlumatlandırmalı olacaq.

 

Üçüncü meyara uğun olaraq sifarişçi 20 min manatadək hesab açmaq hüququna malik olacaq. Bunun üçün "e-imza"nın olması zəruridir.

 

Qeyd edək ki, məsafədən bank hesabının açılması xidmətinin gələn ilin əvvəlindən istifadəyə veriləcəyi gözlənilir. İlkin məlumata görə, xidmətdən istifadəyə görə komissiya tutulmayacaq. Xidmət ilkin olaraq debit kartlar üçün nəzərdə tutulur, növbəti mərhələdə isə xidmət kredit kartlar üçün də aktiv olacaq. Hazırda sistem 8 pilot banklar tərəfindən test olunur.

 

Xatırladaq ki, məsafədən bank hesabının açılması xidməti hüquqi şəxslər üçün də nəzərdə tutulub. Fiziki şəxslər üçün təqdim olunacaq xidmətdən fərqli olaraq, hüquqi şəxslər tərəfindən açılacaq hesablara limitlər qoyulmayacaq və istənilən halda hesab açmaq üçün e-imzanın olması zəruri olacaq.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© APA

13.09.2019 13:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ