Mobil manşet üstü reklam_21

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert artırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert artırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2020-ci ilin dövlət büdcəsinə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) 11 milyard 767 milyon 500 min manat transfert nəzərdə tutulur. 


"Marja"nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir. 

Reklam_3_11

 

ARDNF-in 2019-cu il büdcəsinə görə, dövlət büdcəsinə 11 milyard 364 milyon 300 min manat transfert edilməlidir. Beləliklə, transfertin 403 milyon 200 min manat artırılılması nəzərdə tutulur.

 

Xəbər verdiyimiz kimi, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. 

 

2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

 

2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133,7 milyon manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888,3 milyon manat və ya 43,9 faiz azdır.

 

HƏMÇİNİN OXU: 2020-ci ilin büdcəsi üzrə ilkin rəqəmlər məlum oldu

13.09.2019 14:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ