Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan iqtisadiyyatının 2024-də 100 milyard manatı keçəcəyi gözlənilir – YENİ PROQNOZLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatının 2024-də 100 milyard manatı keçəcəyi gözlənilir – YENİ PROQNOZLAR

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hazırladığı proqnozlara əsasən, bu meyllərin 2020-ci il və orta müddətli dövrdə də davam etməsi gözlənilir.

 

"Marja"nın məlumatına görə, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, 2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 2,4 faiz olmaqla 82,7 milyard manat, o cümlədən qeyri-neft ÜDMin artımı 3,3 faiz olmaqla 54,2 milyard manat təşkil edəcəkdir.

 

Proqnoza əsasən ölkədə ÜDM ortamüddətli dövrdə orta hesabla 3,0 faiz real artımla 2023-cü ildə 96,9  milyard manata qədər artacaqdır. Qeyd edək ki, ÜDM deflyatoru növbəti iki ildə 3,0 faizə qədər artsa da, 2022-23-cü illərdə 1,8 faiz səviyyəsində qərarlaşacaqdır.

 

2024-cü ildə də iqtisadi artım davam edərsə ÜDM 100 milyard manatı keçə bilər.

 

2020-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4,8 mlrd. manatı və ya 5,8 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 31,5 mlrd. manatı və ya 38,0 faizi sənayenin, 6,5 mlrd. manatı və ya 7,8 faizi tikintinin, 32,7 mlrd. manatı və ya 39,5 faizi xidmətlərin istehsalının, 7,3 mlrd. manatı və ya 8,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,5 faiz artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda isə 0,9 faiz artım gözlənilir. Proqnozlardan göründüyü kimi ortamüddətli dövr üzrə ÜDM-nin sahə strukturunda ən yüksək real artım turistlərin yerləşdirilməsi və ictimai iaşə və informasiya və rabitə sektorları üzrə müşahidə edilir.

 

HƏMÇİNİN OXU: 2020-ci ilin büdcəsi üzrə ilkin rəqəmlər məlum oldu

 

Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. Ortamüddətli dövrdə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 65,8 faizə, neft sektorunun payının isə 34,2 faizə bərabər olacağı proqnozlaşdırılır.

13.09.2019 15:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ