Çörəyə vurulan qatqı maddələrinin tərkibində GMO var
Çörək bişirilən zaman istifadə edilən qatqı maddələrinin tərkibində genetik modifikasiya olunmuş (GMO) məhsullar mövcuddur.
“Marja” xəbər verir ki, Türkiyədə çörək istehsalında istifadə edilən qatqı maddələrinin tərkibində GMO olması gündəmdədir.
Qida mühəndisiləri çörək istehsalında GMO-lu qatqı maddələrindən istifadə edildiyini iddia ediblər. İddianın həqiqət olub-olmadığını öyrənmək üçün qatqı maddəsi laboratoriyaya göndərilib.
2 gün davam edən test prosesinin ardından qida mühəndislərinin iddiaları təsdiqlənib. Test mərkəzindən verilən rəyə görə, çörək istehsalında istifadə edilən qatqı maddələrinin tərkibində GMO maddə var:
"Aparılan analiz nəticəsində qatqı maddələrində GMO (35S,NOS,FMV) müəyyən edilmişdir".
Unda və ya çörəkdə qatqı maddələri aşağıdakı məqsədlər üçün istifadə edilir:
-Qida dəyərini artırmaq,
-Çörəyin rəf ömrünü uzatmaq,
-Çörəyn həcmini artırmaq, quruluş yaratmaq
-Dad və ətir təmin etmək,
-Zərərli mikroorqanizm inkişafını qarşısını almaq,
-Rəng və cazibə artırmaq məqsədi ilə.
Bəzən çörək bişirilərkən soya unu da istifadə edilir:
-Xəmir və çörəyin rəngi ağarır,
- Xəmirin müqaviməti artır,
- Unun su saxlama qabiliyyəti artır,
- Çörək həcmi ilə qidalanma dəyəri artır.
Qeyd edək ki, soyaların böyük bir hissəsi genetik modifikasiya olunmuşdur (GMO).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 d. əvvəl
-
30 d. əvvəl
“Recent Group” və “Area Alfa Group” şirkətlərinin rəhbərəri barəsində cinayət işi başladı
-
52 d. əvvəl
"Bir insanın əmək qabiliyyətini tam itirməsi 3 milyon manat zərər deməkdir"
-
1 saat əvvəl
“PSG-Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib
-
1 saat əvvəl
İnsan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib
-
1 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyində Tatarıstan nümayəndə heyəti ilə görüş keçirilib
-
1 saat əvvəl
"Baytarlıq preparatları insan sağlamlığına da dolayı yolla risk təşkil edir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl