Ən yuxarı (mobil)-2_30

Azərbaycanın tədiyə balansının profisiti 50% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın tədiyə balansının profisiti 50% artıb

2019-cu ilin 1-ci yarısında Azərbaycanın tədiyə balansında 3 milyard 635 milyon dollar profisit yaranıb.

 

Reklam_3_11

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında Azərbaycanın tədiyyə balansının profisiti 2 milyard 419 milyon dollar təşkil etmişdi. Beləliklə, tədiyyə balansının profisiti 50% artıb.

 

“Marja” Mərkəzi Bankın açıqlamasına istinadən xəbər verir ki, 2019-cu ilin 1-ci yarımilliyi üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Cari Əməliyyatlar Balansında yaranmış 3.1 mlrd. dollarlıq profisit ehtiyat aktivlərinin 3.6 mlrd.dollar artmasını şərtləndirmişdir.

 

Cari əməliyyatlar hesabı

 

2019-cu ilin 1-ci yarımilliyi üzrə cari əməliyyatlar hesabında 3.1 mlrd. dollar (ötən ilə müvafiq dövrünə nəzərən 13.1% azalma) məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə profisit ötən ilə müvafiq dövrünə nəzərən 2.1% (132 mln.dollar) azalaraq 6.2 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansı kəsiri isə 11.9% (330 mln.dollar) artaraq 3.1 mlrd. dollar məbləğində olmuşdur. Nəticədə cari hesabın neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə kəsiri tam örtmüşdür. Cari əməliyyatlar balansı ticarət balansının və təkrar gəlirlər balansının profisitinin xidmətlər balansının və ilkin gəlirlər balansının kəsirini tam örtməsi hesabına formalaşmışdır.

13.09.2019 16:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ