İyunda neft ixracında lider ABŞ olub

ABŞ iyun ayında həyata keçirdiyi neft və neft məhsulları ixracı ilə Səudiyyə Ərəbistanını geridə qoyaraq liderlik "kreslosunda" əyləşib.



 
 ABŞ iyun ayında həyata keçirdiyi neft ixracı ilə Səudiyyə Ərəbistanı keçərək bu sahədə dünya lideri olub.
 

"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr neft bazarı hesabatında, ABŞ-ın iyunda Səudiyyə Ərəbistanı keçərək dünyanın ən böyük neft ixracatçısı mövqeyinə yüksəldiyi bildirilib. 
 

ABŞ-da sürətlə artan şist nefti hasilatının ölkənin neft ixracına müsbət əks olunduğu, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılması müqaviləsi səbəbindən Səudiyyə Ərəbistanının neft hasilatı və ixracının da azaldığı qeyd edilib. 
 

ABŞ-ın ümumi neft ixracının iyunda gündəlik orta hesabla 9 milyon barrelə yaxınlaşdığı bildirilən hesabatda, ölkədə inşası sürətlə davam etdirilən neft boru kəmərləri və terminallarının ABŞ-ın neft ixracını daha da artıracağı gözlənilir..
 

İyun ayında əldə etdiyi liderliyə baxmayaraq, iyul və avqust aylarındakı qasırğaların ABŞ-ın neft ixracına mənfi təsir göstərdiyi, bu aylarda Səudiyyə Ərəbistanının yenidən dünyanın ən böyük neft ixracatçısı mövqeyinə yüksəldiyi qeyd edilib.
 

"Joint Organisations Data Initiative" (JODI) adlı beynəlxalq məlumat bazasının məlumatlarına görə, iyunda ABŞ-ın gündəlik orta hesabla xam neft ixracı 3,41 milyon barrel, neft məhsulları ixracı 5,44 milyon barrel və ölkənin ümumi neft və neft məhsulları ixracı 8,85 milyon barel səviyyəsinə çatıb.
 

İyunda Səudiyyə Ərəbistanının gündəlik orta hesabla xam neft ixracı 6,72 milyon barrel, neft məhsulları ixracı 1,27 milyon barrel, ölkənin ümumi neft və neft məhsulları ixracı isə 7,99 milyon barrel səviyyəsində baş tutub. 

14 Sentyabr 2019 , 10:46   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin