Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Hökumət Türkiyədə qeyri-qanuni yaşayan azərbaycanlılar üçün hərəkətə keçib - VƏTƏNDAŞLIQ ALIRLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hökumət Türkiyədə qeyri-qanuni yaşayan azərbaycanlılar üçün hərəkətə keçib - VƏTƏNDAŞLIQ ALIRLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyədə qeyri-qanuni məskunlaşmış soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi nəzdində işçi qrup yaradılıb. İstanbulun müxtəlif rayonlarında kompakt məskunlaşmış azərbaycanlılarla görüşlər keçirilib və onların siyahısı hazırlanıb. Bu siyahı müvafiq yoxlamaların keçirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına təqdim edilib.

 

Bu barədə açıqlama verən Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov bildirib siyahıya daxil edilən şəxslərin bir qisminin Azərbaycan Respublikası vətəndaşlığı artıq təsdiq edilib. Digər şəxslərin Türkiyədə doğulmaları səbəbindən vətəndaşlıqları öz təsdiqini tapmayıb ki, onların da əksəriyyəti azyaşlılardır. Bu uşaqların valideynlərinin də Türkiyədə sənədsiz yaşaması səbəbindən onların vətəndaşlığı müəyyən edilməyib.

 

K.Məmmədov artıq həmin şəxslərin sənədlərinin hazırlanması ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Türkiyənin müvafiq dövlət orqanlarına bu siyahıların göndərildiyini bildirib. Qeyd edilib ki, pilot layihə olaraq Türkiyədə qanunsuz məskunlaşmış soydaşlarımızdan on nəfər seçilib. Hazırda onların Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədlərinin hazırlanması ilə bağlı Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda işlər aparılır. Bu mərhələnin ardından Türkiyə Respublikasının Miqrasiya Xidməti tərəfindən həmin şəxslərə oturum icazələrinin verilməsi nəzərdə tutulur.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Azərtac 

14.09.2019 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ