Bazar gününə gözlənilən hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazar gününə gözlənilən hava proqnozu açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti təşkil edəcək.

14.09.2019 10:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ