Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Neft obyektlərinə edilən hücumlara görə İran günahkardır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft obyektlərinə edilən hücumlara görə İran günahkardır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın Xarici işlər naziri Mike Pompeo, Səudiyyə Ərəbistandakı iki neft kompleksinə edilən hücuma görə  birbaşa İranı günahlandırıb.
 

"Marja" xəbər verir ki, Pompeo "Twitter" hesabından verdiyi açıqlamada, İran Prezidenti Həsən Ruhani ilə xarici işlər naziri Cavad Zərifin diplomatiya aparırmış kimi davrandıqlarını, Tehranın Səudiyyə Ərəbistanına  100-ə yaxın hücumun arxasında olduğunu qeyd edib. 
 

Reklam_3_11

Pompeo, "Bütün təzyiqi azaltmaq çağırışları arasında İran indi dünyanın enerji təminatına misli görünməmiş bir hücum başladıb. Hücumların Yəməndən gəldiyinə dair bir dəlil yoxdur", - ifadələrini istifadə edib. 
 

Bütün ölkələri İranın hücumlarını ictimaiyyətə açıq və dəqiq bir şəkildə pisləməyə çağıran Pompeo,  Tehranın hucuma görə məsul olduğunu təmin etmək üçün tərəfdaşları və müttəfiqləri ilə birlikdə çalışacaqlarını qeyd edib.
 

 ABŞ Prezidenti Donald Tramp da hücumdan sonra Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə telefonla danışaraq hücumu pisləmiş, ölkəsinin Səudiyyə Ərəbistanının təhlükəsizlik və sabitliyini dəstəkləyən hər bir məsələdə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.

 

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus 2 obyektə şənbə günü yerli vaxtla saat 04.00-də insansız hava vasitəsilə (silahlı dron) hücum edilməsi nəticəsində yanğın baş verib.

 

Husilər etdikləri yazılı açıqlamada, hücumu 10 dron ilə özlərinin hazırladıqlarını bildiriblər.
 

Yəməndəki İranın dəstəklədiyi Husilər, son zamanlar dronlar ilə Səudiyyə Ərəbistanının bəzi bölgələrini hədəf alırlar.
 

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə, Husilər ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi hökumətə bağlı qüvvələr arasında qarşıdurmalar baş verir.

16.09.2019 06:18

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ