Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Neft dron hücumlarının ardından 10 dollar bahalaşa bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft dron hücumlarının ardından 10 dollar bahalaşa bilər"

"Saudi Aramco"ya aid 2 zavoda dron hücumu edilməsindən sonra Səudiyyə Ərəbistanının neft tədarükü yarıbayarı azalıb.  

 

Reklam_3_11

Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Abduləziz bin Salman, hücum nəticəsində meydana gələn partlayışların 5.7 milyon barrel (gündəlik neft hasilatının təxminən 50%-i) xam neft tədarükünün dayanmasına səbəb olduğunu bildirib. 

 

Bazar günü analitiklər bildirdilər ki, "Saudi Aramco"ya aid 2 zavoda silahlı insansız hava vasitəsilə (silahlı dron) hücumdan sonra bazar ertəsi günü neft qiymətlərində 10 dollara qədər artım ola bilər.
  

"Marja" xəbər verir ki, CNBC-yə danışan neft analitikləri və treyderlər hücumların əmtəə qiymətləri üzərindəki təsirinin ikirəqəmli ədədlə olacağını bildirmişdilər.
 

"Lipow Oil Associates"ın sədri Andrew Lipow, "Bu mühüm bir hadisədir. Ən pis ehtimalın reallaşmasından qorxuram. Bazarın Bazar ertəsi günü  5 - 10 dollar artım ilə açılmasını gözləyirəm. Bu yanacağın qallonuna 12 - 25 cent olaraq əks olunacaqdır,- deyib.
 

"Clearview Energy" araşdırma şirkətinin rəhbəri Kevin Book, sözügedən hadisənin təsirinin, təmir müddətinə bağlı olduğunu və bu müddətin bir neçə həftədən aylara qədər zaman alacağını deyib.
 

Book,"Təklifin tarazlanması və tədarükün üç həftə ərzində təmin olunmayacağını fərz etdikdə qiymətlərdə 10 dollar artım ola bilər",- deyib. 

 

Bu gün bazarlar açılan zaman Brent neftin qiyməti 71,95 dolları, ABŞ xam neftinin qiyməti isə 64,41 dolları görüb. Ötən cümə günü Brent neftinin qiyməti 60,25 dollardan, ABŞ xam neftinin (WTI) qiyməti isə 54,85 dollardan bağlanmışdı.

 

Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, Brent neftinin qiyməti 10 faiz bahalaşma ilə 66,25 dollardan alıcı tapıb. 

16.09.2019 06:47

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ