Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Rusiya neftin 40 dollara düşəcəyini proqnozlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya neftin 40 dollara düşəcəyini proqnozlaşdırır

Rusiyanın Maliyyə Nazirliyi neft qiymətlərində baş verəcək növbəti azalmaya hazırlıqlı olduqlarını açıqlayıb.

 

"Marja" xəbər verir ki, bunu paytaxt Moskvada keçirilən Federasiya Şurasının iclasında Maliyyə Nazirliyinin Gəlir İdarəsinin direktoru Elena Lebedinskaya deyib. 

 
Bu ilin əvvəlindən etibarən bareli 54 dollar səviyyəsinə qədər çıxan neft qiymətlərinin yenidən 50 dollardan aşağı düşdüyünü qeyd edən Lebedinskaya, "Neft qiymətlərinin orta müddətdə 40 dollar səviyyəsinə qədər düşəcəyini proqnozlaşdırırıq" - deyib.


 
 Rusiyanın ən böyük neft şirkəti "Rosneft" tərəfindən bir müddət əvvəl edilən yazılı açıqlamada, OPEC ilə digər ölkələrin neft hasilatının azaldılmasına dair müqavilənin uzadılmaması halında, neft qiymətlərində əhəmiyyətli dərəcədə azalma baş verə biləcəyi qeyd edilmişdi.


 
 Neft qiymətləri 2016-cı ilin Noyabr  ayından bəri ilk dəfə dünən 50 dollardan aşağı düşmüşdü.

23.03.2017 15:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ