Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakı Ağ Şəhər üçün özəl layihə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Ağ Şəhər üçün özəl layihə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sifarişi ilə Ağ Şəhər ərazisində sosial infrastruktura obyektlərinin tikintisi çərçivəsində növbəti təhsil ocağının layihələndirilməsi başa çatıb və yaxın zamanda tikintisinə başlanılması nəzərdə tutulur.

 

Reklam_3_11

Tam orta təhsil məktəbinin layihə konsepsiyası Türkiyənin "BUDA Mimarlık" şirkəti, tam layihəsi isə Azərbaycanın "ArchiCO" mühəndislik şirkəti tərəfindən işlənilib.

 

1,3 ha ərazidə tikiləcək məktəb binasının ümumi sahəsi 15 000 kv. metr təşkil edir. Müasir üslublu məktəb binasının qarşısında layihələndirilmiş xüsusi dizaynlı meydan məktəblilərin sevimli görüş məkanına çevrilməyi vəd edir. Məktəb sahəsində özəl landşaft, şagirdlər üçün futbol və basketbol meydançaları, eləcə də qaçış yolu layihələndirilib.

 

1536 şagird yeri olan məktəbdə tədris və fənn otaqları, laboratoriyalar ilə yanaşı, inzibati otaqlar, bədii dərnəklər, yeməkxana, idman və akt zalı fəaliyyət göstərəcək.

 

Məktəb binası Mərkəzi Park Kvartalındakı Paris evlərinin ətrafında, Süleyman Vəzirov küçəsində yerləşəcək. Nəqliyyat baxımından məktəbə rahat piyada gəlişi, avtomobillərin hərəkəti, valideynlər üçün avtoparkinq yerləri və ictimai nəqliyyat üçün dayanacaq təşkil olunacaq.

 

Bu Ağ Şəhər ərazisində fəaliyyət göstərən Fransız LiseyiKaspi Liseyindən sonra 3-cü məktəb olacaq. Gələcək ildə Ağ Şəhərdə daha 2 məktəbin və uşaq bağçalarının layihələndirilməsi nəzərdə tutulub.

16.09.2019 09:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ