Azərbaycanda iqtisadi artımın sürəti azaldı
Azərbaycanda illik iqtisadi artımın sürəti 2,5 faizdən 2,4 faizə geriləyirb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə,2019-cu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 50,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Xatırladaq ki, 2019-cu ilin yanvar-iyul aylarında ölkədə 44 milyard 473 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdi.
Yanvar-avqust aylarında iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artmışdır. Əlavə dəyərin 43,6 faizi sənayedə, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,0 faizi tikintidə, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 14,6 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 5145,1 manata bərabər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
56 d. əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
1 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
2 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb