Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda minik avtomobili istehsalı 5 dəfəyə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda minik avtomobili istehsalı 5 dəfəyə yaxın artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - avqust aylarında (8 ayda) Azərbaycanda 1496 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - avqust ayları ilə müqayisədə minik avtomobili istehsalı 4,8 dəfə artıb.


2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 ədəd, Avqust ayında da 192 minik avtomobili istehsal edilib. 
 

Reklam_3_11

01.09.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 227 ədəd təşkil edib. 01.08.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 142 ədəd təşkil etmişdi.

 

​Ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı. 

 

2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib. 


Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır. 

 

Həmçinin, 2019-cu ilin yanvar- avqust dövründə ölkəmizdə 863 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-avqust dövrü ilə müqayisədə traktor istehsalı 11,7% azalıb.

 

Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi. 

16.09.2019 10:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ