Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət büdcəsinin kəsiri kəskin azaldılır - BÜDCƏ 2020

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət büdcəsinin kəsiri kəskin azaldılır - BÜDCƏ 2020
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2020-ci ilin büdcə layihəsi: nə, necə dəyişir?


 

Reklam_3_11

Məlum olduğu kimi Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsini hökumətə təqdim edib.

 

İqtisadçı Elbrus Cəfərli 2020-ci ilin büdcəsini bir çox detallarını “Marja”ya şərh edib.

 

İqtisadçı qeyd etdi ki, 2020-ci ilin büdcəsi cari ilin büdcəsindən təkcə gəlir və xərclərinin daha böyük olması ilə fərqlənmir, həm də növbəti ilin büdcəsində keyfiyyət dəyişikliklərini ehtiva edən mühüm məqamları görmək olar:

 

“İlk növbədə, qeyd etmək lazımdır ki, gələn ilin dövlət büdcəsi yeni yanaşmalara və yeni büdcə qaydasına uyğun olaraq tərtib edilib. Bu qaydalar ilk növbədə, neft qiymətlərindəki dəyişkənliyin büdcə gəlirlərinə təsirini minimuma endirməyi hədəfləyir. Mexanizm belədir, icmal büdcə xərclərinin yuxarı həddi ölkənin xalis maliyyə aktivləri (XMA) nəzərə alınmaqla icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi kimi hesablanır. Eyni zamanda, icmal büdcə xərclərinin yuxarı həddi icmal büdcə xərclərinə 3%-lik nominal artım tempinin tətbiqi əsasında hesablanır. 2020-ci ildən başlayaraq dövlət büdcəsinin Orta Müddətli Xərclər Çərçivəsi əsasında qurulması artıq dayanıqlı fiskal çərçivənin və yüksək dərəcədə fiskal intizamın olmasını tələb edir.

 

Məhz bu baxımdan növbəti ilin büdcə zərfinin parametrləri həm fiskal baxımdan, həm də ümumi iqtisadi yanaşma cəhətdən əhəmiyyət kəsb edir. Gələn ilin dövlət büdcəsinin gəlirləri isə 24 milyard 484 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Xüsusilə də, gələn ilin büdcəsində neftin baza qiymətinin 55 dollardan götürülməsi və qeyri-neft gəlirlərinin neft taransfertlərini üstələməsi tamamilə məntiqlidir. Faktiki olaraq neftin qiymətlərindəki volatilliyin büdcə gəlirlərinə təsiri minimallaşdırılıbdır”.

 

Elbrus Cəfərli qeyd etdi ki, büdcədə qeyri-neft gəlirlərinin payındakı artım Dövlət Neft Fondundan artan transfertlərdən 2,5 dəfə çoxdur: Neft Fondundan transfert təxminən 400 milyon manat artır (3 faiz artım), halbuki qeyri-neft gəlirlərinin artım tempi 11,3 fazidir, yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat. Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq.

 

Yeri gəlmişkən, 2017, 2018 və 2019-cu ilin dövlət büdcələrində Neft Fondunun büdcəyə transfertləri orta templə 7-8 faizdən çox idi, 2020-ci ildə isə bu temp 2 dəfə azalıb, gələn il büdcəyə transfertin fiziki həcmi 3,5 faiz artır, qeyri-neft gəlirləri isə bundan 2,5 dəfə artmağa (11,3 faiz) fokuslanıb. Ötən illərdə qeyri-neft gəlirlərinin artım tempi təxminən 7-8 faiz idi, gələn il bu rəqəm qeyri-neft gəlirləri üzrə 11 faiz artmaqla neft amilinin təsirini əhəmiyyətli dərəcədə azaltmış olur”.

 

2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 618,2 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 428,2 milyon manat çoxdur. Gələn ilin dövlət büdcəsinin gəlirləri isə 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur.

 

İqtisadçının sözlərinə görə, qarşıdakı büdcə ilinin paramaetrlərinə diqqətlə yanaşdıqda, açıq şəkildə maliyyə idarəçiliyi sahəsində aparılan islahatların iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına mühüm təsir göstərdiyini görmək mümkündür:

 

“Yeni starteji yanaşmalardan biri qeyri-neft baza kəsirinin orta və uzunmüddətli dövrdə qoyulmuş hədəflərə uyğunluğudur. 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 134,2 milyon manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 887,8  milyon manat və ya 43,9 faiz azdır.

 

Qarşıdakı ilin büdcə layihəsində mühüm məqamlardan biri qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin əvvəlki ilin müvafiq göstəricisindən az olmasıdır. Bu baxımdan da yeni büdcə qaydasının tətbiqi dövlət büdcəsinin neft qiymətlərindəki volatillikdən asılılığının azaldılması və fiskal intizamın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsini nəzərdə tutur. Eyni zamanda, büdcə siyasətinin protsikliyinin kontr-tsikliklə əvəz olunmasına imkan verir”.

16.09.2019 10:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ