Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hyundai “Bir maşın sevinc” KSM layihəsi həyata keçirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hyundai “Bir maşın sevinc” KSM layihəsi həyata keçirdi

(®) Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi “Auto Azerbaijan” şirkəti  Sentyabrın 13-də “Bilik Günü” münasibətilə “Bir maşın sevinc” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirdi.  

 

Reklam_3_11

Şirkət layihə çərçivəsində  Xaçmaz, Quba, Qusar rayonlarının ucqar kəndlərində yaşayan 40 nəfər aztəminatlı ailənin övladını yeni tədris ilində sevindirib. Hyundai sahibi könüllülərədən  və şirkətin səlahiyyətli şəxslərindən ibarət maşın karvanı Laza, Susay və Çarxı  kəndlərinə səfər edərək  1-4-cü sinif uşaqlarına məktəbli ləvazimatları hədiyyə edib.

 

Adətən belə yürüşlərdə nisbətən köhnə illərin buraxılışı olan avtomobillər iştirak edirlər. Lakin şirkətin yayımladığı video və şəkillərdən də göründüyü kimi yürüşdə 2019-cu il istehsalı Tam Yeni Santa Fe, Yenilənmiş Tucson, Yenilənmiş Elantra və Accent modelləri iştirak edib.

 

Şirkət  “Sən də varsan”, “Ailəsini qəzada itirmiş uşaqlara yardım” və “Yaşıl ofis” kimi KSM layihələri ilə diqqəti aktual mövzulara çəkə bilmişdir. Son zamanlar isə “Auto Azerbaijan” şirkəti müxtəlif maarifləndirici tədbirlər və vasitələrlə məktəbliləri əhatə edən layihələr etməkdədir. Belə ki, 2017-ci ildə həyata keçirilən “Zolağı Pozma” KSM layihəsindən sonra edilən bütün tədbirlər məktəblilərin maarifləndirilməsi yönündə olmuşdur. Bu ilin Yanvar ayında uşaqlar üçün “Yol Hərəkəti Qaydaları”  kitabı və müxtəlif tarixlərdə servis mərkəzinə təşkil olunan ekskursiyalar şirkətin bu sahəni prioritet sahə kimi seçdiyini göstərməkdədir. Şirkət rəsmiləri tərəfindən verilən məlumatda bu tip layihələrin bu ilin sonuna kimi davam edəcəyi bildirilib.

16.09.2019 10:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ