Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Ticarət 3 milyard dollardan çox həcmə çatıb, bundan məmnunuq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ticarət 3 milyard dollardan çox həcmə çatıb, bundan məmnunuq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatıb". 

 

Reklam_3_11

Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyənin Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. 

 

Dövlət başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək əməkdaşlığın bütün sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığın da hərtərəfli inkişaf etdiyini deyib. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlət  başçısı iki ölkənin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd edib.

 

Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyini deyib və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə edib.

 

Dövlət başçısı Bakıda keçirilən hökumətlərarası komissiyanın səmərəli nəticələr verəcəyinə əminliyi ifadə edib və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfərinin əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini deyib.

 

Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən qonaq bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

16.09.2019 11:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ