“Finex Kredit” BOKT “Express Pay” ödəmə terminallarına qoşulub!
“FinexKredit” Bank Olmayan Kredit Təşkilatı müştərilərin kredit ödənişlərini rahat və operativ təşkil etmək məqsədi ilə “Express Pay” ödəmə terminallarına qoşulmuşdur. Bundan sonra şirkətin satış ofislərinə kredit ödənişi üçün yaxınlaşmağa ehtiyac qalmır.
BOKT-un yaydığı məlumatda bildirilir ki, terminallar vasitəsi ilə aparılan bütün ödənişlər real vaxt rejimində kredit təşkilatının əməliyyat sisteminə transfer edilir. Bu addım təşkilatın müştərilərinin rahatlığını təmin etməklə yanaşı ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi proqramının icrasına xidmət edir.
Şirkətin strateji inkişaf proqramı korporativ idarəetmə mexanizmlərinin təkminləşdirilməsini, müştəri-menecer əlaqələrinin minimuma endirilməsini nəzərdə tutur. Proqram çərçivəsində bu ilin əvvəlində “Finex Kredit” BOKT ASC “Milli Kart” MMC və “Azərpoçt” MMC ilə bağladığı üç tərəfli müqaviləyə əsasən öz müştərilərinə plastik kart vasitəsi ilə kreditlərin verilməsinə başlamışdır. Növbəti mərhələdə şirkətin bütün filialları bu layihəyə qoşulmuşdur və kredit məhsulu müştərilər tərəfindən razılıqla qarşılanaraq onların rahat və operativ şəkildə maliyyə xidmətlərindən istifadə etməsinə xidmət etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
10 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 11 saat əvvəl
-
11 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 11 saat əvvəl
-
14 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
14 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir