Ən yuxarı (mobil)_30

“Finex Kredit” BOKT “Express Pay” ödəmə terminallarına qoşulub!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Finex Kredit” BOKT “Express Pay” ödəmə terminallarına qoşulub!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“FinexKredit” Bank Olmayan Kredit Təşkilatı müştərilərin kredit ödənişlərini rahat və operativ təşkil etmək məqsədi ilə “Express Pay” ödəmə terminallarına qoşulmuşdur. Bundan sonra şirkətin satış ofislərinə kredit ödənişi üçün yaxınlaşmağa ehtiyac qalmır. 

 

BOKT-un yaydığı məlumatda bildirilir ki, terminallar vasitəsi ilə aparılan bütün ödənişlər real vaxt rejimində kredit təşkilatının əməliyyat sisteminə transfer edilir. Bu addım təşkilatın müştərilərinin rahatlığını təmin etməklə yanaşı ölkədə  nağdsız hesablaşmaların həcminin artırılması və elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi proqramının icrasına xidmət edir. 

 

Şirkətin strateji inkişaf proqramı korporativ idarəetmə mexanizmlərinin təkminləşdirilməsini, müştəri-menecer əlaqələrinin minimuma endirilməsini nəzərdə tutur. Proqram çərçivəsində bu ilin əvvəlində  “Finex Kredit” BOKT ASC “Milli Kart” MMC və “Azərpoçt” MMC ilə bağladığı üç tərəfli müqaviləyə əsasən öz müştərilərinə plastik kart vasitəsi ilə kreditlərin verilməsinə başlamışdır. Növbəti mərhələdə şirkətin bütün filialları bu layihəyə qoşulmuşdur və  kredit məhsulu müştərilər tərəfindən razılıqla qarşılanaraq onların rahat və operativ şəkildə maliyyə xidmətlərindən istifadə etməsinə xidmət etmişdir.

16.09.2019 14:38

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ