Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Siqaret şirkətləri təlaş içində!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Siqaret şirkətləri təlaş içində!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 İngiltərədə keçən ilin may ayında qəbul edilmiş yeni siqaret tələbləri 20 Mayda qüvvəyə minir. 


"Marja" xəbər verir ki, tələblərə görə, artıq bütün siqaret qutularının dizaynı, forması və ölçüsü eyni olacaq. Siqaret paketində hər hansı bir loqo qətiyyən yer almayacaq. Mentollu və başqa ətirli siqaretlər də qadağan olunacaq.
 


Markası nə olursa olsun, bütün siqaret paketlərinin ön və arxa tərəflərinin 65 faizində siqaretin insan sağlamlığına vurduğu zərər barədə xəbərdarlıq yer alacaq.


 
 Buna görə də siqaret istehsalçıları əllərindəki köhnə paketləri satmağa çalışırlar.


 
21 Maydan etibarən ən ucuz siqaret paketinin qiyməti 8 funt-sterlinq 82 peny olacaq və qapalı rəflərdə satılacaq.


 
 MENTOLLU SİQARET DƏ QADAĞAN OLUNUR


 
Ətirli adı altında satılan meyvəli, ədviyyatlı, bitki əsaslı, spirtli, şəkərli və ya vanilli bütün siqaretlərin satışı da qadağan olunacaq. Bundan başqa, siqaret qutularının üzərində yer alan "liqht," "təbii", "orqanik" kimi ifadələr də, siqaret istehlakçılarına mənfi təsir etdiyi və siqaretin sağlamlığa zərərli olmadığı düşüncəsinə yol açması səbəbindən qadağan olunacaq.
 


 Daha az zərərli olduğu düşünülən mentollu siqaretlərin satışı da 20 May 2020-dən  sonra qadağan olunacaq.

24.03.2017 08:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ