Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Saudi Aramco” ehtiyat yataqların istismarına başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Saudi Aramco” ehtiyat yataqların istismarına başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanın “Saudi Aramco” dövlət neft-qaz şirkəti ötən günlər neft sənayesi obyektlərinə dron hücumları nəticəsində neft hasilatının azalmasını tənzimləmək məqsədilə istifadəsiz yataqların istismarına başlayacaq.

 

“Bloomberg”  xəbər verir ki, mənbələrin bildirdiyinə görə, şirkət bu məqsədlə istifadə olunmayan dəniz yataqlarındakı ehtiyatların bir qismini hasilata cəlb edəcək.

 

Bununla yanaşı, şirkətdə hasilatın əvvəlki səviyyəsinə qayıtmaq ehtimalının getdikcə daha bədbin dəyərləndirildiyi də qeyd olunur. Bundan əvvəl “Reuters” mənbələrə istinadən xəbər vermişdi ki, hasilatın əvvəlki həcminin bərpası üçün bir neçə ay lazım gələ bilər.

 

Xatırladaq ki, dünyanın ən iri neft hasilatçısı və ixracatçısı olan Səudiyyə Ərəbistanının neft obyektlərində şənbə günü törədilmiş hücumlardan sonra hökumət 9,8 mln. barellik gündəlik hasilat həcmini 5,7 mln. barelədək azaltdıqlarını açıqlayıb.

 

“Saudi Aramco” şirkətinin müəssisələrinə dron hücumunun məsuliyyətini Yəməndəki Husi üsyançıları üzərlərinə götürsələr də, ABŞ-ın dövlət katibi Maykl Pompeo bununla bağlı İran hökumətini ittiham edib. İran XİN-i isə M.Pompeonun bəyanatının yalan olduğunu açıqlayıb.

 

“The Wall Street Journal” səudiyyəli rəsmilərə istinadən xəbər vermişdi ki, bazar ertəsinədək dron hücumları nəticəsində hasilat itkisinin üçdəbirini bərpa etmək niyyətindədirlər.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© “Report” 

16.09.2019 15:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ