Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"AccessBank"ın növbəti sosial aksiyası böyük marağa səbəb oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AccessBank"ın növbəti sosial aksiyası böyük marağa səbəb oldu

® Hər il olduğu kimi, bu il də AccessBank tədris ilinin başlaması ilə əlaqədar məktəblilər üçün sosial aksiya keçirib.

 

"Стоп Угроза" ("STOP Təhlükə") uşaqlar üçün təhlükəsizlik məktəbinin Bakı filialının rəhbəri Nigar Əliyevanın iştirakı ilə AccessBank-ın müştərilərinin övladlarına internetdə təhlükəsizlik, oğurluq təhlükəsi zamanı, digər həyat üçün təhlükəli və fövqəladə hallarda düzgün davranış, özünümüdafiə mövzularında təlimlər təşkil edilib. İki gün davam edən və interaktiv şəkildə keçirilmiş təlimə bir neçə qrupa bölüşdürülərək 100-dən çox uşaq qatılıb.

 

Təlimlər uşaqlara təhlükəli internet basqılarından, qorxu hissindən və psixoloji sıxıntılardan xilas olmaq, çətin və təhlükəli vəziyyətlərdə daha inamlı hərəkət etməkdə kömək olmaq məqsədilə keçirilib.

 

AccessBank-ın icraçı direktoru Günay Cəlilova: "Dərs ilinin başlanması ilə əlaqədar aktual məsələlərə həsr olunan təlimlər keçirmək qərarına gəldik. Potensial təhlükələrin qarşısının öncədən alınması olduqca önəmlidir. Bu baxımdan uşaqlarda özünəinam hissinin artırılmasına və ehtiyatlı olmalarına töhfə vermək xoşdur. Bir valideyn kimi hər birimiz uşaqlarmızın zəif nöqtələrini bilirik, lakin peşəkar trenerlərin köməyi ilə balacalarda özünəinam hissini artırmaq və təhlükələrdən uzaq etmək mümkündür. Müştərilərimizdən və uşaqlardan aldığımız xoş rəylər onu deməyə əsas verir ki, bu cür təlimlərə həm ehtiyac, həm maraq olduqca böyükdür".

 

Bankın müştəriləri AccessBank-ın təşəbbüsünü yüksək qiymətləndirib və əksəriyyəti bu cür təlimlərin davamlı keçirilməsini xahiş edib. Təlimlərin yaratdığı bu marağa əsaslanaraq AccessBank uşaqlar üçün bu mövzularda tədbirlərin yaxın gələcəkdə də keçirilməsini planlaşdırır.

16.09.2019 15:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ