Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyədən Azərbaycana ixrac olunan məhsulların bir qisminin burada istehsal edilməsi təklif olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədən Azərbaycana ixrac olunan məhsulların bir qisminin burada istehsal edilməsi təklif olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsində Hökumətlərarası Komissiya səmərəli platformadır.

 

Reklam_3_11

İnanıram ki, Komissiyanın Bakıda keçirilən 8-ci iclas zamanı müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan Fəaliyyət Planının qəbulu ticarət-iqtisadi münasibətlərimizin gücləndirilməsinə, gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına öz töhfəsini verəcək”.

 

Bunu bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tutur və Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır: “Hədəfimiz qarşılıqlı ticarət dövriyyəsini daha da artırmaq, onun strukturunu şaxələndirməkdən ibarətdir. İmzalanması planlaşdırılan Preferensial Ticarət Sazişi bu hədəflərin reallaşdırılmasına töhfə verəcək”.

 

Nazir Türkiyə şirkətlərini Azərbaycandakı sənaye zonalarına - kimya, neft-kimya və əczaçılıq sənayesinə investisiya yatırmağa, habelə Türkiyədən Azərbaycana idxal olunan məhsulların, xüsusilə qida sənayesi, tekstil və elektrotexnika məhsullarının, eləcə də onların ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsalı üçün birgə müəssisələr yaratmağa dəvət edib.

 

Onun səzlərinə görə, bu gün Azərbaycan və Türkiyə digər ölkələr və dünya üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir: “Bunlar sırasında Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Ərzurum, Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, STAR, PETKİM, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü kimi strateji layihələrin adlarını çəkmək olar. Bu layihələr və təşəbbüslər bizim gücümüzü artırır, regional əməkdaşlığı möhkəmləndirir və sabitliyi təmin edir. Bundan başqa, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycanın aidiyyəti dövlət qurumları arasında müxtəlif layihələrin icrası üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Əminəm ki, birgə həyata keçirəcəyimiz layihələr bundan sonra da uğurla başa çatdırılacaq”. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Report

16.09.2019 15:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ