Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı artıb

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 21,6 milyard manat olmaqla, əvvəlki ilin yanvar-avqust aylarına nisbətən 0,3 faiz artıb. "Marja" xəbər veri ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir. 

 

"Sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 25,1 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 15,9 milyard kub metr təşkil etmişdir. Neft hasilatı 2,5 faiz azalmış, qaz hasilatı isə 30,9 faiz artmışdır",- hesabatda deyilir.  

 

Xəbər verdiyimiz kimi, 2019-cu ilin yanvar-avqust aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 50 milyard 875,7 milyon manat təşkil etmişdir.  İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artmışdır. 

 

17.09.2019 06:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ