Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan və Latviya avtomobil daşımaları ilə bağlı Protokol imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Latviya avtomobil daşımaları ilə bağlı Protokol imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Riqada Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

 

Reklam_3_11

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, görüşdə Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2019-2020-ci illər üçün "İcazə" blanklarının kontingenti, Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinin hər iki ölkədə yerinə yetirilməsinin vəziyyəti, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

 

Müzakirələrdə ölkələrimiz arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gözləmə vaxtının azaldılması, nəqliyyat vasitələrinin heyətinin iş və istirahət rejiminə riayət edilməsi, avtomobil nəqliyyatı sahəsində həyata keçirilən yeni layihələr, Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərində ölkələrimizin avtodaşıyıcılarının xüsusi çəkilərinin artırılması üçün görülən tədbirlərin daha da təkmilləşdirilməsi və davam etdirilməsi məqsədilə müvafiq razılıqlar əldə olunub.

 

Yekunda 2019-2020-ci illər ərzində ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti müəyyən edildikdən sonra müvafiq Protokol imzalanıb.

17.09.2019 07:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ