Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Neft obyektlərinə hücumun arxasında İranın olduğuna inanıram"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft obyektlərinə hücumun arxasında İranın olduğuna inanıram"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid obyektlərə təşkil olunan hücumun arxasında İranın durduğuna inandığını, ancaq qəti nəticəyə gəlmək üçün araşdırmaların davam etdiyini açıqlayıb.
 

"Marja" xəbər verir ki, Tramp, Bəhreyn vəliəhd Şahzadəsi Salman bin Həmid Əl Xəlifə ilə görüşdən öncə Oval Ofisdə jurnalistlərə açıqlamalar verib. 
 

"Saudi Aramco"ya aid obyektlərə təşkil olunan hücumun arxasında İranın olub-olmadığına dair suala Tramp, "Belə görünür. Tam olaraq nə olduğunu öyrənəndə sizə deyəcəyik, hazırda araşdırmalar davam edir", - deyib.
 

Həmçinin Tramp hazırda İran Prezidenti Həsən Ruhani ilə planlaşdırılmış bir görüş olmadığını qeyd edib.
 

 "ABŞ müharibəyə hazırdır"
 

İran ilə müharibə istəmədiyini, ancaq ölkəsinin döyüş təyyarələri, raketlər kimi ən yaxşı silah sistemlərinə sahib olduğunu bildirən Tramp, "ABŞ, müharibəyə tarixdə heç bir ölkənin olmadığı qədər hazırdır", - ifadəsini istifadə edib.
 

Tramp, İran ilə bütün diplomatiya yollarının tükənib-tükənməməsinə dair suala, "Yox, diplomatiya əsla tükənməz. Nə olacağını əsla bilməzsiniz. Bir müqavilə bağlamaq istədiklərini bilirəm. Bir nöqtədə bu işə yarayacaq", - şəklində cavab verib.
  

Səudiyyə Ərəbistanına hər hansı söz verib vermədiyi soruşulan Tramp, "Yox, səudiyyəlilərə bir söz verməmişəm. Səudiyyə ilə oturub, bəzi şeylərə qərar verməliyik",- deyib.
 

Tramp, Xarici işlər naziri Mike Pompeo və başqa rəsmi şəxslərlə yaxın zamanda Səudiyyə Ərəbistanına gedəcəyini bildirərək Bəhreyn Vəliəhd Şahzadəsi Salman ilə də "Aramco" obyektlərinə təşkil edilən hücumu  və İran mövzusunu müzakirə edəcəklərini bildirib.
 

"Saudi Aramco"nun neft obyektlərinə hücum
 

Ötən şənbə günü Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya aid iki müəssisədə, dronlar ilə  təşkil olunan hücumların ardından yanğın çıxmışdı.
 

Hadisədə ölən ya da yaralanan olmayıb. Yəməndəki Husilər hücumun məsuliyyətini üzərinə götürüblər. 
Yəməndəki İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanın bəzi bölgələrini dronlar ilə də hədəfə alır.

17.09.2019 07:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ