Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Siyasi və iqtisadi risklər investorların diqqət mərkəzindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Siyasi və iqtisadi risklər investorların diqqət mərkəzindədir

Beynəlxalq maliyyə bazarlarında dünya iqtisadiyyatında siyasi və iqtisadi riskləri artıra biləcək hadisələr investorların diqqət mərkəzindədir.


 

Avro qiyməti üzrə 1.10$ önəmli dəstək səviyyəsidir. 

 

Avropa Mərkəzi Bankı keçən həftə bankları mənfi əmanət faizlərindən azad etdikdən sonra EUR/USD məzənnəsi də 1.11$-a kimi bahalaşsa da Avrozona üzrə inkişaf proqnozlarının düşməsi və qlobal risklərin artması, avronun yenidən 1.10$-a kimi ucuzlaşmasına səbəb olub. 

 

Təhlillərə əsasən, gələcək trend qiymətin sözügedən səviyyənin ətrafında necə mövqelənməsindən asılı olacaqdır. 

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonada sahibkarların gələcək gözləntilərini ölçən önəmli fundamental göstəricilərin açıqlanması da investorların diqqət mərkəzindədir. 

 

Brent neftində 70$-a kimi bahalaşma

 

Səudiyyə Ərəbistanının iki neft zavoduna edilən hücum nəticəsində dünya enerji bazarında təklifin 5% azalması ilə yanaşı, Avropanın Brent neftində də 68$-a kimi güclü bahalaşmışdır. Amerikanın hücumlar ilə bağlı İrandan şübhələnməsi və Yaxın Şərqdə müharibə təhlükəsinin artması isə Brent neftinin 70$-a kimi yeni maksimumlar yaratmasına səbəb olub. 

 

Texniki təhlillər isə onu göstərir ki, 70$ güclü müqavimət səviyyəsi hesab edildiyi üçün qiymət 65$-a kimi korreksiya edə bilər. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

17.09.2019 07:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ