Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Gürcüstanın iqtisadiyyat nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanın iqtisadiyyat nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfər proqramı açıqlanıb.

 

Reklam_3_11

Sentybrın 17-18-də baş tutacaq işgüzar səfər çərçivəsində N.Turnava Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

 

Görüşlərdə Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 

N.Turnavanın başçılıq etdiyi nümayəndə heyətinə müavinləri Davit Tvalabeişvili və Genadi Arveladze, həmçinin “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradze daxildir.

 

Nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və gücləndirilməsidir. Bununla yanaşı, səfər çərçivəsində Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclasının gündəliyi də nəzərdən keçiriləcək. 

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© “Report”

17.09.2019 08:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ