Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dollar/TL-də 5.95 hədəfi ilə "al" tövsiyyəsi verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar/TL-də 5.95 hədəfi ilə "al" tövsiyyəsi verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Almaniyanın "Deutsche Bank"ının strateqləri Dollar/TL məzənnəsinin yüksələcəyini gözləyirlər və bu səbəbədən Türk Lirəsi (TL) qarşısında Dollar almağı tövsiyyə edirlər. Bu barədə Bankın strateqlərinin hazırladığı arayışda bildirilir. 
 

"Marja" xəbər verir ki, Türkiyə Mərkəzi Bankının (TCMB) faiz endirimindən dərhal sonra TL-nin bahalaşdığı qeyd edilən hesabatda, sonra isə lirənin qazanclarını geri verdiyi qeyd olunub.
 

Səudiyyə Ərəbistanının neft sahələrinə yönələn hücumların neft qiymətlərindəki təsirinin də TL-yə mənfi təsir etdiyi qeyd edilən arayışda, ümumiyyətlə TL-də qısa mövqe almağın yaxşı bir "risk - qazanc" təqdim etdiyi bildirilib. 
 

Bankın strateqlərinə görə, Türkiyə Mərkəzi Bankının faizi aşağı salması dördüncü rübün sonundan inflyasiyanın yüksəlməsinə səbəb olacaq və bunun nəticəsində TL yenidən dəyərdən düşəcəkdir. 
 

Aşağı real faizin yüksək istehlak ilə nəticələnəcəyi və cari kəsiri yenidən artıracağı vurğulanıb.
 

"Saudi Aramco"nun neft sahələrinə yönələn hücumların TL üçün mənfi olduğu qeyd edilən "Deutsche Bank" arayışında, TL-nin yüksək neft qiymətlərinə qarşı ən kövrək valyutalardan biri olduğu qeyd olunub.
 
 
Dollar/TL-də 5.95 hədəfi ilə "al" tövsiyəsi verən Bank, giriş səviyyəsi olaraq 5.72, zərəri kəs səviyyəsi kimi 5.60-ı müəyyənləşdirib. 

 

Bakı vaxtı ilə saat 10:40-da Dollar/TL məzənnəsi 5.73 səviyyələrində olub.

17.09.2019 08:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ