Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neftin bahalaşması Fed-in faiz endirimini dəstəkləyə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin bahalaşması Fed-in faiz endirimini dəstəkləyə bilər

"Saudi Aramco"nun obyektlərinə təşkil edilmiş hücumdan sonra neft qiymətlərində baş vermiş yüksəliş, Fed-in bu həftə faiz endiriminə getməsini dəstəkləyir
 
 
Federal Açıq Bazar Komitəsinin (FOMC) Vaşinqtonda Çərşənbə axşamı günü başlayacaq iki günlük iclasında 25 bənd faiz endirimi ediləcəyi gözlənilir. İqtisadçılara görə, Fed-in 25 bənd faiz endirimi edəcəyi ehtimalı, həftə sonu təşkil edilən hücumdan sonra dəyişməyib. 

 
Neft qiymətlərindəki artımın ABŞ-da inflyasiyanı artıracağına baxmayaraq, Fed daha böyük bir ehtimalla bunu investisiya və emala mənfi təsir göstərən ticarət siyasəti və səngiyən qlobal iqtisadi artım ilə bərabər, ABŞ iqtisadiyyatı üçün aşağı istiqamətli risklər siyahısına əlavə edəcəkdir. Çünki neftin qiymətinin yüksəlməsi geosiyasi şəraitin nə qədər gərgin və qeyri-müəyyən olmasından qaynaqlanır. 

 
"Bloomberg"in sorğusuna qatılan iqtisadçılar Fed-in faizləri 25 bənd azaldaraq 1.75  - 2.00% aralığına endirəcəyini təxmin edirlər. Fed faiz qərarını sabah Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.

17.09.2019 09:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ