Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Bolqarıstana sərmayə qoyulmasının məqsədəuyğunluğu oktyabrda müəyyənləşəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bolqarıstana sərmayə qoyulmasının məqsədəuyğunluğu oktyabrda müəyyənləşəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın qazpaylama sektorunun texniki-iqtisadi tədqiqatı üzrə podratçı-məsləhətçilərlə görüş keçirəcək".

 

Reklam_3_11

Bu barədə "SOCAR Balkans"ın icraçı direktoru Murad Heydərov məlumat verib.

 

Onun sözlərinə görə, SOCAR Bolqarıstanın qazpaylama bazarında ətraflı texniki-iqtisadi tədqiqatları 2019-cu ilin ikinci rübünün sonuna qədər başa çatdırmağı planlaşdırırdı, lakin bəzi aspektlər xüsusi diqqət tələb edib və şirkət hesabatı yalnız ötən həftə alıb.

 

"Nəticələrin ikinci rübün sonunda hazır olacağını planlaşdırdıq, ancaq Bolqarıstanda enerji bazarı və bütövlükdə Avropa bazarındakı mövcud dinamika ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyə ehtiyac yarandı. Podratçı-məsləhətçidən araşdırmanın bəzi məqamlarına əlavə diqqət yetirməsini xahiş etdik, buna görə də gecikmə oldu. Hesabatı ötən həftə aldıq. Hazırda podratçının əsas hesabatı SOCAR mütəxəssisləri tərəfindən təhlil edilir, lakin artıq bəzi məsələlərə tam aydınlıq gətirmək üçün məsləhətçi ilə fiziki görüşmənin lazım olduğunu görürük. Məsləhətçi ilə görüş oktyabrın əvvəlinə planlaşdırılıb. Yalnız bundan sonra biz Bolqarıstanın daxili qazpaylama sektoruna investisiya qoyuluşunun ticari-texniki məqsədəuyğunluğu barədə qəti rəy verməyə hazır olacağıq", - o deyib.

 

Qeyd edək ki, 2018-ci il yanvarın 15-də Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisov ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşdə SOCAR-ın Bolqarıstanı qazlaşdırmasının öyrənilməsi ilə bağlı razılıq əldə olunub.

 

Bolqarıstan Azərbaycan qazını Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək IGB qaz kəməri vasitəsilə almağa ümid edir. IGB-ın ilkin gücü 3 milyard kubmetr qaz olacaq.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© "Report"

17.09.2019 09:41

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ