Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda sement və armatur istehsalı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda sement və armatur istehsalı azalıb

2019-cu ilin 8 ayı (yanvar-avqust) ərzində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,2 faiz artaraq 517,1 milyon manat təşkil edib.

 

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, tikinti kərpicinin istehsalı 47,7 faiz, tikinti əhənginin istehsalı 54 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 16,9 faiz artmış, sementin istehsalı 1,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 54,8 faiz, tikinti gipsinin istehsalı 81,6 faiz azalıb. 

 

2019-cu ilin yanvar-avqust aylarında 2 milyon 225,3 min ton semen istehsal edilib, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azdır.

 

2019-cu ilin yanvar-avqust aylarında armatur istehsalı isə 5,6% azalaraq 200,8 min ton təşkil edib.

 

Sement, armatur və gips istehsalının azalması Azərbaycanda tikinti işlərinin səngidiyinə işarədir. 

17.09.2019 10:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ