"Türkiyənin tələbatının 3,5%-ni qarşılayacağıq"
Hazırda “Petkim Holding” Egey bölgəsində ən böyük ixracatçıdır.
Bunu Türkiyədə keçirilən “Uludağ Ekonomi Zirvesi” adlı tədbirdə çıxışı zamanı holdinqin baş direktoru Anar Məmmədov deyib.
O, həmçinin qeyd edib ki, “Star” neft emalı kompleksinin tikintisi başa çatdıqdan sonra Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 3,5%-i qarşılanacaq.
Bundan başqa, A.Məmmədov deyib ki, Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin icrası da sürətlə davam etdirilir: “Layihə üzrə işlərin 70%-i tamamlanıb və 2020-ci ildə ilk təbii qaz Avropaya çatdırılacaq. Türkiyə isə bu kəmərlə ilk qazı 2018-ci ildə alacaq. Görülən işlərdə gecikmə yoxdur. Uzunluğu 1 850 km olacaq boru kəmərinin çəkilməsi dəyəri 8,5 mlrd. dollar olan bir layihədir. Kəmər işə düşdükdə Türkiyənin qaza olan tələbatının böyük hissəsi ödənilmiş olacaq”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 d. əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 23 d. əvvəl
- 25 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 41 d. əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
18 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 19 saat əvvəl
-
19 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
20 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır