Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Pulu yalnız etibarlı şirkətlərə verirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pulu yalnız etibarlı şirkətlərə verirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycan şirkətləri üçün istiqraz mövsümü başlayır. Getdikcə daha çox şirkət layihələrə vəsait cəlb etmək üçün istiqraz buraxılışından istifadə edir. Qeyd edək ki, istiqrazlar digər maliyyələşmə üsullarından daha sərfəli və əlverişlidir. Üstəlik, bu üsul xaricdən pul cəlb etməyə də imkan verir. Amma bu imkandan heç də hamı faydalana bilmir.

 

 

Qaz kəməri üçün 2 milyard dollar

 

Bu günlərdə Azərbaycanın daha bir şirkəti Avropanın istiqraz bazarında böyük emissiya həyata keçirib. Söhbət Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən «Cənub Qaz Dəhlizi» layihəsinin strukturu olan «Cənub Qaz Dəhlizi» Qapalı Səhmdar Cəmiyyətindən gedir. Mart ayında şirkət London birjasında 1 milyard dollarlıq avrobond yerləşdirib.

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

 

Qeyd edək ki, «Cənub Qaz Dəhlizi» QSC, Azərbaycan qazının Avropaya nəqli üçün inşa edilən, uzunluğu 3,5 min kilometr olan və Avropa İttifaqı tərəfindən dəstəklənən «Cənub Qaz Dəhlizi» beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir. Şirkətin səhmlərinin 51%-i İqtisadiyyat Nazirliyinin şəxsində Azərbaycan dövlətinə, 49%-i isə SOCAR-a məxsusdur.

 

Bu, CQD şirkətinin ikinci istiqraz buraxılışıdır. Belə ki, bir il əvvəl 2016-cı ilin mart ayında London birjasında QSC tərəfindən 1 milyard dollarlıq  istiqraz buraxılıb. İllik 7 faizlik gəlirliliyi olan istiqrazlar 10 illik müddətə buraxılmışdı.

 

İkinci istiqraz buraxılışı isə bir neçə gün əvvəl baş tutub. Azərbaycanın dövlət zəmanəti verdiyi 1 milyard dollarlıq istiqrazların illik gəlirliyi 5,8% olub. Bu dəfəki buraxılış da xarici investorların böyük marağına səbəb olub və istiqrazlara tələbat gözləndiyindən böyük olub. Şirkətn məlumatına görə, istiqrazların ən böyük hissəsini – 45%-ni ABŞ, 40%-ni Birləşmiş Krallıq, 13%-ni digər Avropa ölkələri, 2%-ni isə Asiya və Yaxın Şərq ölkələrindən olan investorlar alıb.

 

İstiqrazların pulu 2026-cı ildə Qaz kəməri işə düşəndən sonra onun gətirəcəyi  gəlir hesabına qaytarılacaq.

 

Ən çox alınıb-satılan istiqrazlar

 

Azərbaycanın dövlət və özəl şirkətləri arasında istiqraz bazarında hələlik ən aktiv olanı Dövlət Neft Şirkəti – SOCAR-dır. Şirkətin hələlik sonuncu istiqraz buraxılışı ötən ilin oktyabrında daxili bazar üçün buraxılan SOCAR istiqrazlarıdır. Dollarla, 5 illik müddətə və illik 5%-lə 100 milyon dollar həcmində buraxılmış SOCAR istiqrazları bazarda olan ən sərfəli yatırım aləti kimi ölkə vətəndaşları arasında tezliklə məşhurlaşıb və ölkədə ən çox alınıb-satılan qiymətli kağızlardır.

Amma bu, neft şirkətinin yalnız 4-cü istiqraz buraxılışıdır. Bundan əvvəl SOCAR daha böyük məbləğlərdə 3 dəfə istiqraz buraxılışı həyata keçirib.

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

 

«Pulları qrafikə uyğun qaytardıq»

 

SOCAR-ın ilk istiqraz buraxılışı  2012-ci ilin 9 fevralında baş tutub. Həmin vaxt şirkət London birjasında illik 5,45% gəlirliklə 500 milyon dollarlıq  avrobond yerləşdirib.  İstiqrazların buraxılmasında məqsəd neft-qaz sənayesinə yatırımlar cəlb etməklə yanaşı, həm də xarici investorların SOCAR-ın kağızlarına marağının hansı səviyyədə olmasını öyrənmək idi. Buraxılış uğurla keçdi və 5 il müddətinə buraxılan həmin istiqrazların müddəti artıq başa çatıb. Neft Şirkəti onlara asanlıqla xidmət göstərib – istiqrazların 402 milyon dolları hələ ötən il geri alınmışdı, 2017-ci ilin fevralında isə, yəni qrafikə uyğun olaraq onlar üzrə son ödəmə (təqribən 98 milyon dollar) həyata keçirilib.

 

SOCAR-ın ikinci avrobond buraxılışı bir il sonra 2013-cü il martında baş tutub. Həmin vaxt Neft Şirkəti 10 illik müddətə 1 milyard dollarlıq istiqraz yerləşdirdi. İllik 4,75%-lə buraxılan istiqrazlarda məqsəd şirkətin Azərbaycandakı və xaricdəki investisiya layihələrinin maliyyələşdirilməsi olub. Həmin istiqrazların 41%-ni Avropa, 32%-ni Birləşmiş Krallıq, 25%-ni ABŞ, 2%-ni digər investorlar alıblar. Bu istiqrazların müddəti 2023-cü ildə başa çatır. 

 

London birjasında 15 illik yenilik

 

SOCAR-ın üçüncü istiqraz buraxılışı isə 2015-ci ilin martında baş tutdu. Həmin vaxt London birjasında illik gəlirliyi 6,95% olmaqla, 15 illik müddətə  750 milyon dollarlıq avrobond yerləşdirildi. Yeri gəlmişkən, o vaxtadək London birjasında heç bir şirkət 15 illik istiqraz buraxmamışdı (maksimum müddət 10-12 il olmuşdu). Ekspertlər bunu xarici investorların SOCAR-a yüksək etibarının göstəricisi sayırlar.

 

Nəhayət, SOCAR-ın yuxarıda qeyd edilən 4-cü istiqraz buraxılışı ötən ilin sentyabrında baş tutub. 5 il müddətinə buraxılan 100 milyon dollarlıq istiqrazlar əvvəlcə yerli vətəndaşlar və şirkətlər üçün nəzərdə tutulsa da, oktyabrdan etibarən onların təkrar bazarda dövriyyəsi başlayıb və burada onları xarici şəxslər və şirkətlər də alırlar. Son məlumatlara görə, Azərbaycanın təkrar bazarında satılan istiqrazların 70%-dən çoxu məhz SOCAR istiqrazlarının payına düşür.

 

İstiqrazların qiyməti rekord həddə çatıb

 

Azərbaycanda avrobondlar təkcə neft layihələri üçün buraxılmır. Maliyyə Nazirliyinin şəxsində Azərbaycan hökuməti də Avropa bazarında iri məbləğdə avrobond yerləşdirib. 2014-cü ilin 18 martında, yəni 3 il əvvəl  buraxılan 1,25 milyard dollarlıq istiqrazlar 10 il müddətinə və illik 5 faizlə yerləşdirilib. Yeri gəlmişkən, bir qədər əvvəl həmin istiqrazların qiyməti rekord həddə çatıb. Belə ki, nominal dəyəri 1000 dollar olan 1,25 milyon avrobond (1,25 milyard dollarlıq) hazırda bazarda illik 4% gəlirliliklə realizə edilir. Qiymətli kağızlar 1042,5 dollara alınır, 1 047,5 dollara satılır. Halbuki, avrobondlar 5% gəlirliliklə yerləşdirilmişdi.

 

Ölkəyə valyuta gətirməyin asan yolu

 

«Kapital Menecment İnvestisiya Şirkəti» QSC-nin analitiki Cəfər İbrahimli  bildirir ki, bu hal, ikili devalvasiyaya və iqtisadi çətinliklərə baxmayaraq, kapital bazarında Azərbaycanın mövqeyinin yaxşılaşması deməkdir. Və dövlət qurumları vəsait cəlb etmək üçün bu vəziyyətdən istifadə edə bilərlər: «Məsələn, Maliyyə Nazirliyi dollarla avrobondlar yerləşdirərək əvvəlki yerləşdirmədən daha aşağı faizlə (təxminən 4%-lə) vəsait cəlb edə və ölkənin tədiyyə balansını müsbətə doğru dəyişdirə bilər».

 

«Büdcəyə yük olmaqdansa, istiqraz buraxsınlar»

 

Cəfər İbrahimli  bildirib ki, hazırda istiqraz buraxılışı vəsait cəlb etmək üçün ən əlverişli üsul olsa da, ölkədək  şirkətlərin əksəriyyəti bu imkandan yararlana bilmir. Səbəbi onların lazımi tələblərə cavab verməməsidir: «Bir neçə şirkəti çıxmaqla, dövlət şirkətlərinin əksəriyyətinin beynəlxalq reytinqi yoxdur və ya lazımi səviyyədə deyil, uzunmüddətli və müfəssəl maliyyə hesabatları açıqlanmır. Bu hal həm dövlət, həm də özəl şirkətlərə aiddir». C.İbrahimli bildirir ki, hazırda yalnız büdcədən maliyyələşən dövlət şirkətləri öz idarəetmələrini təkmilləşdirməklə və daha düzgün menecment yaratmaqla istiqraz buraxıb kənardan vəsait cəlb edə bilərlər. «Hələliksə, bu olmadığından onların əsas yükü dövlətin və büdcənin üzərindədir»-deyə ekspert bildirir. Qeyd edək ki, bir neçə il əvvəl Dövlət Dəmiryolları qapalı avrobond buraxılışı həyata keçirsə də, sonradan onu ödəyə bilməyib və bunu büdcə hesabına etmək lazım gəlib.

 

Nəticədə istiqraz imkanlarından hələlik yalnız beynəlxalq standartlara cavab verən bir neçə şirkət yararlana bilir. 

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

25.03.2017 17:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ