Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR Albaniyanın qazlaşdırılmasında iştirak edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Albaniyanın qazlaşdırılmasında iştirak edə bilər

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Albaniyanın qazlaşdırılması ilə bağlı görüləcək işlər üçün tenderin başa çatmasını və baş icraçı qurumun seçilməsini gözləyir.

 

Reklam_3_11

Bu barədə “SOCAR Balkans” şirkətinin icraçı direktoru Murad Heydərov deyib.

 

O, Albaniyanın müvafiq təşkilatları tərəfindən keçirilən tenderdən sonrakı mərhələdə SOCAR-ın hərtərəfli layihələndirmə işlərini ödənişsiz həyata keçirməyə hazır olduğunu bildirib.

 

“Hazırda tender nəticəsində icraçının seçilməsini gözləyirik. Bundan sonra Albaniyanın qazlaşdırılmasında yerimizi bu ölkənin hökuməti ilə dəqiqləşdirəcəyik. Onlar üçün təfərrüatlı layihələndirmə işlərini ödənişsiz həyata keçirməklə bağlı öhdəliyimiz qüvvədə qalır. Albaniya hökuməti tender başa çatdıqdan və baş icraçı seçildikdən sonra bu məsələni həll edəcəyimizi bildirib. Yəni baş icraçı seçildikdən sonra onlarla birgə fəaliyyətimizi razılaşdıracağıq. Çox güman ki, baş icraçı bizim təfərrüatlı layihələndirmə işini görəcəyimizə müsbət baxacaq. Tender vaxtı başa çatıb, müəyyən çətinliklərin ola biləcəyini başa düşürük”, – SOCAR nümayəndəsi diqqətə çatdırıb.

 

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanla Albaniya hökumətləri arasında Albaniyanın qazlaşdırılmasına dair əsas planın icrasını nəzərdə tutan anlaşma memorandumu imzalanmışdır. SOCAR-ın törəmə şirkəti olan “SOCAR Balkans” Avropa İttifaqı, İsveçrə hökuməti, TAP, "Enagas" kimi maraqlı tərəflərlə yanaşı, bu layihədə daha çox məsləhətçi qismində iştirak edir. Qazlaşdırma layihəsi ilə bağlı keçirilən texniki iqtisadi əsaslandırma nəticəsində Fier şəhəri yaxınlığındakı kompressor stansiyası ilə Vlora şəhərindəki qaz emalı müəssisəsi arasında 40 kilometrədək uzunluğu, ilkin nəqletmə gücü 1 milyard kubmetr həcmində olan yeni qaz kəmərinin tikintisi zərurəti yaranıb.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

©  “Report”

17.09.2019 12:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ