Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Səudiyyə Ərəbistanının neft hasilatını bərpa etməsi aylar çəkə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Səudiyyə Ərəbistanının neft hasilatını bərpa etməsi aylar çəkə bilər"

Səudiyyə Ərəbistanının neft şirkəti "Suudi Aramco"nun neft hasilatının 50 faiz azalmasına səbəb olan hücumun ardından kompleksdə tam gücü ilə istehsalın aylar tələb edəcəyi bildirilir. 


 

"Suudi Aramco"nun nəhəng Abqaib kompleksini bərpa etməsi həftələr, hətta aylar çəkə bilər. Bu hadisə, geosiyasi nəticələri ilə neft qiymətləri üzərində təzyiq yaradır. 
 

"Marja" xəbər verir ki, Brent neftinin qiyməti Bazar ertəsi günü 71,95 dollar gördü. ABŞ Prezidenti Donald Tramp, hücuma görə İranın məsul olduğuna işarə edərək, "demək olar ki, tamamilə bilirik" deyib. Səudiyyə Ərəbistanı isə hücumda İran silahlarının istifadə edildiyini təsbit etdiklərini açıqlayıb.
 

Neft qiymətləri, regionda daha çox qarşıdurma gözləntisilə yüksəlib.
 

Hazırda əsas sual, Krallığın, yarı yarıya düşən istehsalını necə kompensasiya edəcəyi barədədir. 

 

Səudiyyə Ərəbistanlı rəsmilər yüksək səviyyəli xarici diplomatlara çox ciddi bir təxribatla qarşı-qarşıya olduqlarını və təmirin həftələr, hətta aylar çəkəcəyini bildiriblər.
 

Səudiyyə Ərəbistanının Xarici işlər naziri Bazar ertəsi günü hücuma dair, ölkənin neft hasilatının 50%-nin kəsildiyini söyləmişdi.
 

17.09.2019 12:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ