Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu qızla qəhvə içmək üçün bütün dünya yarışır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu qızla qəhvə içmək üçün bütün dünya yarışır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın 20 Yanvarda vəzifəsinə başlayacaq yeni prezidenti Donald Trumpın qızı ilə bir qəhvə içmək üçün bütün dünya yarışır.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, Ivanka Trump tərəfindən xeyirxahlıq saytı “Charitybuzz”da keçirilən hərracda ən yüksək təklif verənlərdən biri Londonda fəaliyyət göstərən “Tanto Capital Partners”ın idarəçi tərəfdaşı və fond rəhbəri Ozan Özkural olub. Özkural, Ivanka Trumpla qəhvə içmək üçün təxminən 60 min dollar təklif verib.

 

 IVANKA TRUMPLA QƏHVƏ İÇMƏYİN YOLU

 

Ivanka Trumpla qəhvə içmək üçün hərrac hələ də “Charitybuzz”da davam edir. “Charitybuzz”, xəstə uşaqlar üçün ildə 5 milyon dolların üzərində ianə toplayır və  məşhur insanlar bu ianəni toplamaqda yaxından iştirak edirlər. 

 

Qəhvə görüşü 30 - 45 dəqiqə arasında davam edəcək və 1 Yanvar 2017-1 Yanvar 2018 arasında tərəflərə uyğun bir zamanda Ivankanın proqramına bağlı olaraq Nyu-York Trump Tower və ya Vaşinqton Trump İnternational Hotel-də baş tutacaq.

 

 Görüşün sonunda foto da çəkiləcək.

 

Hərracda istəyən hər kəs təklif verə bilir. Özkuralın təklifi ehtimal edilən dəyər olan 50 min dolları keçərkən, hazırkı ən yüksək təklif "'GoHydrogen" tərəfindən verilmiş  72 min 888 dollarlıq təklifdir.

 

 Ən yüksək təklifi verən 2 nəfər Ivankayla tanış olacaq.

17.12.2016 05:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ