Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ölkənin ən iri premium sinif yaşayış kompleksi böyük tədbir keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ölkənin ən iri premium sinif yaşayış kompleksi  böyük tədbir keçiriləcək

(®) Ölkənin ən iri premium sinif yaşayış kompleksi “Renessans Palace”da 20 sentyabr tarixində “Mənim evim ... mənim Vətənimdir” adlı böyük tədbir keçiriləcək.

 

Reklam_3_11

Bu tədbirlə qonaqlarına və ümumilikdə hər bir vətəndaşa vətəni, torpağı qorumağın ilk öncə evimizi, yaşadığımız həyəti, ətraf mühitimizi qorumaqdan başladığı mesajını  vermək istəyən “Renessans Palace”ın geniş həyətində müxtəlif dekorasiyalar, ekspozisiyalar və aktyorların köməkliyilə Azərbaycanın ayrı-ayrı tarixi dövrləri yaradılacaq. Tədbirə gələn bütün qonaqlar sanki Vətənimizin tarixinə səyahət etmiş olacaqlar.

 

 “Mənim evim....mənim Vətənimdir” tədbirinin maraqlı hissələrindən biri də, xüsusilə bu tədbir üçün hazırlanan, peşəkar rəssam Nərminə Vəliyevanın rəsm əsərləri əsasında tikilən, Azərbaycanın tarixi abidələrini əks etdirən özəl geyimlərdə müxtəlif yaş kateqoriyasından olan uşaqların dəfiləsi olacaq. Tədbirin “Qalereya” hissəsində isə  “Mənim şəhərim” mövzusunda çəkilən rəsm əsərləri qonaqlara nümayiş etdiriləcək. Bir sıra məşhur ifaçılar, musiqiçilər, aktyorların da çıxış edəcəyi tədbir möhtəşəm atəşfəşanlıqla tamamlanacaq. Bir sözlə 20 sentyabrda “Renessans Palace” bütün qonaqlarını  “Mənim evim ... mənim Vətənimdir” ideyası altında birləşdirəcək. 

 

Tədbir eyni zamanda binaların yaşayışa təhvil verilməsini elan etmək məqsədilə təşkil olunur. Həmin tarixdən etibarən artıq sakinlər mənzillərinə köçə biləcəklər.

 

Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. Mənzillərin hündürlüyü standard ölçülərdən (3 metr) daha artıq –  3.35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı sürətli liftlər quraşdırılıb.

 

Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

 

Kompleksin ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,5 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı parkdır.

 

 “Renessans Palace” 120 yerüstü, 1550 yeraltı avtomobil parkinq yeri ilə həm də paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir.

 

Sentyabrdan etibarən premium mənzildə yaşamaq istəyən digər şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.

 

17.09.2019 13:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ