Bank yeməkxana xidmətinin təşkili üçün şirkət seçəcək - TENDER

(®) “Yapı Kredi Bank Azərbaycan” QSC Baş ofisdə əməkdaşlara yeməkxana xidmətinin təşkili üçün açıq tender elan edir.

 

Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Baş ofisinə (Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 73G) Satınalma şöbəsinə təqdim etmələri xahiş olunur.

 

1. Müraciət edən şirkətin rəsmi sənədləri (Dövlət reyestrindən çıxarış, VÖEN və s.)

2. Yeməkxana xidmətində ən az 3 il təcrübə

3. Əməkdaşlıq edilən şirkətlərin adları (tövsiyyə məktubu arzu ediləndir)

4. Yeməkxana xidməti göstərən əməkdaşların şəxsiyyət vəsiqəsi və tibbi sağlamlıq arayışı (ildə bir dəfə yenilənməli)

5. Yeməkxana xidməti göstərən əməkdaşların işdə fərdi qəza sığortası

6. Yeməkxana xidmətinin göstərilməsinə dair sertifikatlar, lisenziyalar

7. İstifadə olunan ərzaq məhsullarının uyğunluq sertifikatları

8. Həftəlik menyu

9. İsti (əsas yeməklər) və soyuq (salatlar) yeməklərinin adları və çəkisi

10. Şirniyyatlar, meyvələr, qazlı və qazsız içkilərin adları, miqdarı (həftədə neçə dəfə veriləcəyinin qeyd edilməsi şərti ilə)

11. 1 nəfər üçün yemək xərci (ƏDV daxil və ya xaric göstərilməsi şərti ilə)

12. Yeməkxana bölümündə istifadə olunan gigiyenik məhsulların adları

 

Son müraciət tarixi: 27 Sentyabr 2019

18 Sentyabr 2019 , 07:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin