Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qaradağda meşə massivinin salınmasına başlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qaradağda meşə massivinin salınmasına başlandı

30 min ağac və kol bitkilərinin əkilməsi nəzərdə tutulur.


 

Bu gün Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tullantıların İdarə Edilməsi Mərkəzində (TİEM) SOCAR, BP və BMT-nin İnkişaf Proqramının yeni birgə layihəsinə start verilib.

 

Bu barədə SOCAR-dan məlumat verilib.

 

Məlumata görə, layihəyə əsasən, uzun illərdir sənaye zonası olan, neft sənaye mərkəzi kimi formalaşmış ərazinin ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə 25 hektar ərazidə yeni meşə massivi salınacaq. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT İnkişaf Proqramının Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və layihə rəhbəri Rəfiqə Hüseynzadə iştirak ediblər.

 

Tədbir iştirakçıları ilk olaraq ərazidə yerləşən Tulantıların İdarə Edilməsi Mərkəzinin işi ilə tanış olublar. Mərkəz barədə qonaqlara ətraflı məlumat verən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə qeyd edib ki, TİEM MDB və Xəzər regionunda neft sənayesində formalaşan istehsalat tullantılarının emalı və idarə edilməsi üzrə ilk və yeganə mərkəzdir. 2016-cı ildə TİEM yenidən qurulduqdan sonra burada qazma şlamlarının emalına başlanıb.

 

Bildirilib ki, hazırda 150 nəfər əməkdaşı olan mərkəzin illik istehsalat gücü 100 min tondur. Emaldan sonra qazma şlamının tərkibində olan qiymətli kimyəvi reagent yüksək keyfiyyətdə bərpa olunaraq təkrar qazma prosesində istifadə edilir. Həmçinin, ərazidə quraşdırılmış su təmizləyici qurğular vasitəsi ilə mərkəzdə formalaşan istehsalat suları texniki su səviyyəsinədək təmizlənərək salınacaq yaşıllıqların suvarılmasında istifadə olunacaqdır. Qonaqlara yeni meşə massivinin layihəsi haqqında məlumat verilib.

 

Sonda ərazidə tədbir iştirakçılarının tərəfindən 400 eldar şamı əkilib. Ümumilikdə isə SOCAR, BP və BMT İP-nin dəstəyi ilə TİEM ətrafında 30 min ağac və kol bitkilərinin əkilməsi nəzərdə tutulur.

17.09.2019 13:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ