Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bank of Baku bu il də “Onlar Sevinsin” dedi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank of Baku bu il də “Onlar Sevinsin” dedi!

® Keçirdiyi sosial yönümlü layihələri ilə cəmiyyətə və onun dəyərlərinə önəm verən Bank of Baku, təhsilə dəstək məqsədilə Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində başladığı “Onlar Sevinsin” layihəsini bu il də uğurla davam etdirib.

 

Silsilə xarakteri daşıyan “Onlar Sevinsin” layihəsinin üçüncü ilində Bank of Baku-nun əməkdaşları vətəniminizin qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonuna və həmin rayonun Seyidlər və Hacıqurbanova kəndinə sevgi dolu çantalarla səfər edərək, 66 nəfər məktəblinin sevincinə səbəb olub.

Hər il yeni dərs ilinin başlaması münasibətilə keçirilən layihənin əsas məqsədi, ucqar kənd məktəblərində oxuyan aztəminatlı ailələrin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin edərək, onların təhsilinə dəstək olmaq və kiçik ürəklərinə böyük sevinclər bəxş etməkdir.

 

Layihənin gedişatı zamanı onların sevincini əks etdirən video çarxlarla aşağıdan tanış bilərsiniz:

 

- #OnlarSevinsin 2019 - http://y2u.be/PBF8QqvKILA

- #OnlarSevinsin 2018 - http://y2u.be/LySjfG_bOuw

- #OnlarSevinsin 2017 - http://y2u.be/GNzKEej2Kk8

 

Qeyd edək ki, icrasına 2017-ci ildə start verilən layihə çərçivəsində, #OnlarSevinsin deyə Azərbaycanımızı qarış-qarış gəzərək, məktəb-məktəb, ev-ev dolaşan Bank of Baku-nun əməkdaşları 3 il ərzində 300 nəfərə yaxın məktəblini sevindirmiş, gələcəyə ümid işığı yandırmışdır.

 

Daha ətraflı:

 

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

17.09.2019 13:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ