Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Portuqaliyaya üç ən iri neft ixracatçısından biri olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Portuqaliyaya üç ən iri neft ixracatçısından biri olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan 2018-ci ildə Rusiya və Anqola ilə yanaşı, Portuqaliyaya üç ən iri neft ixracatçısından biri olub.

 

Bu barədə Portuqaliyanın Energetika və Geologiya üzrə Baş Direktorluğunun (DGEG) informasiyasına istinadla məlumat verir.

 

2018-ci ilin məlumatına görə, Portuqaliya 12 milyon 606 min 221 ton neft idxal edib ki, bunun da 2 milyon 470 min 819,3 tonu Rusiyanın, 2 milyon 15 min 112 tonu Anqolanın, 1 milyon 668 min 641 tonu Azərbaycanın payına düşür. İlk üç ixracatçı ölkənin ardınca Səudiyyə Ərəbistanı (1 milyon 230 min 135 ton) gəlir.

 

Xəbər verildiyi kimi, sentyabrın 14-də pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanının şərq hissəsindəki neft obyektlərinə zərbə endirib. Dünyanın ən iri neft emalı zavoduna və iri neft yatağına hücum nəticəsində dünyanın enerji təchizatı üçün həyati əhəmiyyətli sahədə iri yanğınlar törənib.

 

Dünyanın ən iri neft ixracatçısı olan Səudiyyə Ərəbistanının gündəlik neft ixracı müvəqqəti olaraq təqribən 5,7 milyon barrel azalıb. Portuqaliya Neft Şirkətləri Assosiasiyasının (APETRO) baş katibi Antoniu Komprido bu gün bəyan edib ki, yanacaq təchizatında böhran yaranmayacaq.

 

GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!

 

© Azərtac

17.09.2019 14:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ