Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Banka Məlumat Təhlükəsizliyi üzrə Meneceri tələb olunur - VAKANSİYA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banka Məlumat Təhlükəsizliyi üzrə Meneceri tələb olunur - VAKANSİYA

AFB Bank Məlumat Təhlükəsizliyi üzrə Menecer vəzifəsinə vakansiya elan edir.

 

Reklam_3_11

Vəzifə: Menecer

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

- İT sahəsində Ali təhsil;

- İT və ya İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 5(beş) il iş təcrübəsi;

- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı,(ingilis dili biliyi arzuolunandır);

- Ünsiyyətcil və Komandada işləmək bacarığı;

- Güclü təşkilati və qərar vermə qabiliyyəti, Stressə davamlılıq;

 

İŞİN TƏSVİRİ:

- Bankda mövcud olan elektron sistemlərinin və korporativ şəbəkənin məlumat təhlükəsizliyi siyasətini və konsepsiyasını hazırlayıb tətbiq edir, həmin siyasəti və konsepsiyanı Mərkəzi Bankın tələblərinə, AR-ın qanunvericiliyinə, dövlət və beynalxalq standartlara (İSO, COBIT və s.) uyğunlaşdırır;

 

- Bankın informasiya sistemlərin dağıdılması, oğurlanması, talanması hallarının qarşının alınması uçun daxili qayda və tədbirlər planlarını hazırlayır, müvafiq təsdiqdən sonra onların icrasını təşkil edir

 

- Bankın informasiya sistemlərinin və korporativ şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəçilərin həmin sistemlərə və şəbəkəyə buraxılış dərəcəsini müəyyən edir, müvafiq profaylları və şablonları yaradır;

 

- Bankda mövcud olan informasiya sistemlərinin və korporativ şəbəkənin əsas komponentlərinin fiziki və məlumat təhlükəsizliyi tədbirlərini hazırlayıb tətbiq edir;

 

- Bank sirri xarakterini daşıyan məlumatların konfidensial saxlanılması məqsədi ilə mövcud profaylların və parolların qorunması, eləcə də kənar şəxslərin onlardan istifadə etməsinin qarşısının alınması istiqamətində təhlükəsizlik tədbirlərini həyata keçirir;

 

- Əsas və ehtiyat SWİFT-modullarının və onlara bağlı şifrlənmə sistemlərinin və davamlı işinə nəzarət edir;

 

- Təcili pul köçürmə sistemləri, SWİFT, mövcud olan və perspektivli milli və beynəlxalq informasiya sistemləri üçün müvafiq elektron açarlarının, parolların, sertifikatların və s. təhlükəsizliyini və yenilənməsinə nəzarət edir;

 

- Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinin pozulmaması üçün maarifləndirici və qabaqlayıcı tədbirlər görür, müntəzəm təlimlər keçirir, onların məlumat təhlükəsizliyi üzrə məsuliyyətlərini izah edir;

 

- Bankın elektron xidmətləri (kart, internet və mobil bankçılıq və digər elektron xidmətlər) zamanı məlumat təhlükəsizliyi risklərinin minimalaşdırılması üçün təkliflər hazırlayır;

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat təhlükəsizliyi üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik

17.09.2019 15:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ