Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Gürcüstan birgə müəssisələrin yaradılmasını müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Gürcüstan birgə müəssisələrin yaradılmasını müzakirə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev  Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüüb.

 

İqtisadi-ticarət əlaqələrinin inkişafı ikitərəfli münasibətlərin əsas prioritetlərindəndir. Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artaraq 580 mln. dollara çatıb. 700-dən çox Azərbaycan şirkətinin Gürcüstanda uğurlu fəaliyyətini vurğulayan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Azərbaycanda 300-dən artıq Gürcüstan şirkəti fəaliyyət göstərir. İndiyədək Azərbaycandan Gürcüstana 3,2 mlrd. ABŞ dolları investisiya yatırılıb və  Azərbaycan şirkətləri qonşu ölkədə əsas vergi ödəyicilərindəndir.

 

Ölkələrimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsidir ki, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır və birgə tədbirlərin həyata keçirilməsi yükdaşımaları daha da artıra bilər.

 

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava ölkəmizə səfərindən məmnunluq ifadə edib. Gürcüstanlı nazir bildirib ki, Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir və ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Natiya Turnava Azərbaycanın Gürcüstanla mühüm əhəmiyyətli regional və qlobal layihələrdə birgə iştirakını, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına iri həcmli investisiyaların yatırıldığını qeyd edib. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri qarşılıqlı sərmayə qoyuluşları üçün böyük potensialın olduğunu vurğulayıb, Azərbaycan şirkətlərinin Gürcüstanda həyata keçirilən layihələrdə iştirakı üçün imkanları diqqətə çatdırıb, iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətlərı barədə fikirlərini bölüşüb.

 

Görüşdə ticarət, o cümlədən Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılması, qarşılıqlı investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması, kiçik və orta biznes subyektləri arasında əlaqələr, nəqliyyat-tranzit, alternativ və bərpa olunan enerji, turizmin təşviqi və müştərək turizm marşrutlarının yaradılması, biznes forum və işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə olunub.

17.09.2019 15:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ