Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bayram bitən kimi, Mərkəzi Bank 300 milyon yığmağı nəzərdə tutur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bayram bitən kimi, Mərkəzi Bank 300 milyon yığmağı nəzərdə tutur

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

Reklam_3_11

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

 

“Marja” xəbər verir ki, 27 mart 2017-ci il tarixində keçiriləcək hərracda 300 milyon manat cəlb edilməsi hədəflənir.

 

Müddət 14 gün, faiz dərəcəsi 12,01% – 14,99% təşkil edir.

 

Mərkəzi Bank əvvəlki hərraclarda 200 milyon manat cəlb edəcəyini bəyan edirdi. Budəfəki hərracda təklif 100 milyon manat artırılıb.

 

Qeyd edək ki, 17 mart 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş  depozit hərracında tələb 275 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,60% təşkil etmişdi. Tələb 275 milyon manat olsa da, Mərkəzi Bank əvvəlcədən 200 milyon manat cəlb edəcəyini elan etdiyindən bir o qədər də vəsait cəlb etmişdi.

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır. Daha ətraflı oxuyun: http://marja.az/news/4740?title=tarix-tekrarlansa-dollar-mayadek-ucuzlasa-biler

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

25.03.2017 18:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ