Elektron siqaretin dəhşətli zərəri açıqlandı
Dyuk Universitetinin Tibb məktəbinin ekspertlərinin fikrincə, elektron siqaret istifadəçiləri daha çox bu maddənin təsirinə məruz qalır
Amerikalı araşdırmaçılar müəyyən edib ki, elektron siqaretlərə əlavə edilən nanə və mentol ciddi xəstəliklərə səbəb ola bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, müşahidələrə görə, elektron siqaretlərdə olan pulegon kimyəvi maddəsi insanda xərçəng yaradır.
Məlumata görə, bu maddənin tərkibində nanədən alınan yağ var. Həmin yağ əvvəllər konfet və saqqıza əlavə edilirdi. Amma bir il əvvəl ABŞ Qida məhsullarına və dərman vasitələrinə sanitar nəzarət İdarəsi tərəfindən istifadəsi qadağan edilib. Maddənin qadağan edilməsinə səbəb isə tərkibində orqanizm üçün xərçəng riski yaradan vasitə olması olub.
Dyuk Universitetinin Tibb məktəbinin ekspertlərinin fikrincə, elektron siqaret istifadəçiləri daha çox bu maddənin təsirinə məruz qalır.
Elm adamları hesab edir ki, elektron siqaret istifadəçilərində xərçəng əmələ gələ bilər, amma bu proses dərhal deyil, zamanla özünü biruzə verə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
19 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
20 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 20 saat əvvəl
- 20 saat əvvəl