Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alıblar

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.
 

“Marja” Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin Avqust ayında azərbaycanlılar Türkiyədə 88 mənzil alıblar. 2018-ci ilin Avqust ayında azərbaycanlılar Türkiyədə 96 mənzil almışdılar.

 

2019-cu ilin Yanvar-Avqust dövründə (8 ayda) isə azərbaycanlılar Türkiyədə 711 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 583 idi. 

 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 12-ci yerdədir. Yanvar - Avqust ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -   4746 mənzil. İraqlıların ardınca 3135 mənzil ilə İran, 1691 mənzil ilə Rusiya vətəndaşları gəlirlər. 

18 Sentyabr 2019 , 11:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin